Azərbaycandan başqa Qafqazda heç bir ölkə hələ də BMT-nin Avropa İqtisadi Komissiyasının Su Konvensiyasına qoşulmayıb.
APA xəbər verir ki, bunu BMT ilə Azərbaycan Respublikasının əməkdaşlığında vacib olan proses və təşəbbüslərin, qabaqcıl yanaşmaların müzakirəsi məqsədilə Ağdam şəhərində strateji məsləhətləşmələrə həsr olunmuş dəyirmi masada ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.
“Bir faktı vurğulamaq istərdim ki, Azərbaycandan başqa Qafqazda heç bir ölkə hələ də BMT-nin Avropa İqtisadi Komissiyasının Su Konvensiyasına qoşulmayıb”, – nazir qeyd edib.