“Dünya ölkələri səhiyyə sahəsində qarşılıqlı öhdəlikləri nəzərdə tutan sənəd imzalamalıdır”.
APA-nın xəbərinə görə, bunu bu gün IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal səhiyyənin idarə edilməsi” mövzusunda paneldə Azərbaycan səhiyyə naziri Teymur Musayev bildirib.
Azərbaycanın ÜST-ə dəstəyindən danışan səhiyyə naziri deyib ki, Azərbaycanın pandemiya dövründə qabaqcıl mübarizəsi beynəlxalq institutlar tərəfindən təqdir olunub və maraqla qarşılanıb.