Bank Of Baku

Nazir: Dəfələrlə Oxçuçay və digər regional çayların kritik vəziyyəti ilə bağlı müraciət etmişik

Nazir: Dəfələrlə Oxçuçay və digər regional çayların kritik vəziyyəti ilə bağlı müraciət etmişik
# 16 mart 2023 11:48 (UTC +04:00)

Biz dəfələrlə transsərhəd Oxçuçay çayının, eləcə də digər regional çayların ekoloji təhlükələri və kritik vəziyyəti ilə bağlı müraciət etmişik.

APA xəbər verir ki, bunu BMT ilə Azərbaycan Respublikasının əməkdaşlığında vacib olan proses və təşəbbüslərin, qabaqcıl yanaşmaların müzakirəsi məqsədilə Ağdam şəhərində strateji məsləhətləşmələrə həsr olunmuş dəyirmi masada ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

“Xatırlatmaq istərdim ki, 2020-ci ildən başlayaraq biz dəfələrlə müvafiq beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Avropa İqtisadi Komissiyası, BMT-nin Ətraf mühit Proqramı və digərlərinə Ermənistan tərəfindən daimi çirklənmə ilə bağlı transsərhəd Oxçuçay çayının, eləcə də digər regional çayların ekoloji təhlükələri və kritik vəziyyəti ilə bağlı müraciət etmişik” – nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR