"İçməli suyun alternativini təqdim edə bilmiriksə, ondan başqa məqsədlərlə istifadəyə cərimə də tətbiq edə bilmərik".
APA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.
O bildirib ki, vətəndaş istifadə etdiyi suyun tarifini ödəyirsə, ona digər məqsədlər üçün istifadəyə görə cərimə tətbiq oluna bilməz.