Ümumtəhsil məktəbləri və peşə məktəblərində təhsilverənlərin 80 faizi vaksinasiya olunubsa, həmin məktəblərdə əyani tədris bərpa oluna bilər.
APA-nın xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, əks göstərişi olan insanlar təbii ki, vaksin olunmaqdan azaddırlar: “Bakıda təhsil işçilərinin 90 faizi vaksinasiya olunub, 200-ə yaxın məktəbdə bu göstərici 95 faizdir. Vaksinasiya göstəriciləri aşağı olan çox az sayda məktəb qalıb. Həmin müəllimlərlə də maarifləndirmə işlərini davam etdirəcəyik”.