Bank Of Baku

Nazir: “Yaşı 40-dan artıq olan insanlar üçün meymunçiçəyinin qorxusu yoxdur”

Teymur Musayev

© APA | Teymur Musayev

# 17 iyun 2022 13:24 (UTC +04:00)

“Azərbaycanda uzun müddətdir əhali digər çiçək növlərinə qarşı peyvənd olunduğu üçün yaşı 40-dan artıq olan insanlar üçün meymunçiçəyinin demək olar ki, qorxusu yoxdur. Çünki peyvənd olunublar”.

Bunu APA-ya açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.

Gənc nəslə gəlincə, Teymur Musayev deyib ki, virusun insandan insana keçməsi üçün çox sıx təmas olmalıdır:

“Fərdi gigiyena qaydaları vacibdir. Artıq COVİD-19-dan sonra hamı bunu yaxşı başa düşür. Gigiyenik məhlullardan istifadə edilməli və sosial məsafə saxlanılmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR