Bank Of Baku

Nazirlik: 7 ayda 170,9 min pensiya, müavinət, təqaüd proaktiv qaydada təyin olunub

Nazirlik: 7 ayda 170,9 min pensiya, müavinət, təqaüd proaktiv qaydada təyin olunub
# 20 avqust 2022 14:12 (UTC +04:00)

2022-ci ilin yanvar-iyul ayları ərzində 170,9 min pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb. Onlardan 17206-sı pensiya, 66706-sı müavinət, 87036-sı təqaüd təyinatı olub.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Xəbərə görə, nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.

Həmin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq təyinatların e-sistem üzərindən avtomatik aparılmasına imkan verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR