Bank Of Baku

Nazirlik: Dərslərin sentyabrın 1-də başlaması müzakirə məsələsi deyil

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 21 iyun 2022 16:09 (UTC +04:00)

Təhsil Nazirliyi tədris ilinin sentyabrın 1-də başlaması ilə bağlı səsləndirilən təkliflərə münasibət bildirib.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bu, müzakirə məsələsi deyil.

"Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il qərarının 2.3-cü bəndinə əsasən, ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyə­ləri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır. Hazırda bu prosesin dəyişdirilməsi müzakirə məsələsi deyil" - qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR