Nazirlik: İldən-ilə Azərbaycanda yaşı 5 ilə qədər olan avtomobillərin sayı azalır

Nazirlik: İldən-ilə Azərbaycanda yaşı 5 ilə qədər olan avtomobillərin sayı azalır
# 29 iyun 2021 16:55 (UTC +04:00)

“2020-ci ildə 2019-cu illə müqayisədə Azərbaycanda avtomobil parkında 50 min minik avtomobili artıb”.

APA-nın məlumatına görə, bunu ETSN-in Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə “Ekspert saatı”nda deyib.

O bildirib ki, bunun böyük hissəsinin yaşı 10 ildən artıqdır: “2020-ci ildə əvvəlki illə müqayisədə 10 ildən artıq yaşı olan yük avtomobillərinin sayı 5 mindən çox artıb. İldən-ilə Azərbaycanın avtomobil parkında yaşı 5 ilə qədər olan avtomobillərin sayı azalır. 10 minlərlə avtomobil artır, amma onların buraxılış ilinə görə statistikası ürəkaçan deyil. Həmçinin minlərlə hibrid avtomobil idxal olunub. Onların sayı bizi sevindirsə də, yaşı və köhnəliyi sevindirmir. Çünki gömrük rəsmiləşdirilməsi zamanı onların hər birinin təxminən 5 min dollar qiyməti var. Bu, onu göstərir ki, onların 10 və daha yuxarı yaşı var. Bu da onu göstərir ki, Azərbaycanın avtomobil parkı köhnədir və onun yenilənməsi üçün işlər görülməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR