Bank Of Baku

Niyazi Bayramov Gəncə Ekoloji Park Kompleksindəki tikinti işləri ilə tanış olub

Niyazi Bayramov Gəncə Ekoloji Park Kompleksindəki tikinti işləri ilə tanış olub
# 07 noyabr 2022 19:41 (UTC +04:00)

Qərb bölgəsində ilk dəfə olaraq Gəncədə yaradılan Ekoloji Park Kompleksində tikinti işləri uğurla davam etdirilir.

APA-nın yerli bürosu xəbər verir ki, şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov MKTİB-in Yaşıllaşdırma şöbəsinin Gülçülük sahəsinə baxış keçirib, orada aparılan tikinti işləri ilə yerində tanış olub.

Bildirilib ki, 11 hektarlıq ərazidə yaradılan Ekoloji Park Kompleksinin nəzərdə tutulan vaxtda istismara təhvil verilməsini təmin etmək üçün layihə üzrə tikinti-quraşdırma işləri sürətlə davam etdirilir. Unikallığı ilə seçiləcək kompleksdə insanların rahatlığı və asudə vaxtlarını daha səmərəli keçirmələri üçün bütün lazımi şərait yaradılacaqdır. Burada xüsusi yaşıllıq zolaqlarının salınması ilə yanaşı, müxtəlif növ gül-çiçək, dekorativ bitkilər, eləcə də ağac tingləri yetişdiriləcəkdir. Gəncəçayın sağ sahilində salınan Ekoloji Park Kompleksinin gələn il istifadəyə verilməsi nəzərdə tutulur.

Niyazi Bayramov Ekoloji Park Kompleksində aparılan işlərlə tanış olduqdan sonra müvafiq tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, Ekoloji Park Kompleksini ziyarət edənlər həmçinin Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin Gülçülük sahəsi ilə də yaxından tanış olmaq imkanı əldə edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR