Bank Of Baku

Niyazi Bayramova "kapaz100k" layihəsi barədə məlumat verilib

Niyazi Bayramova "kapaz100k" layihəsi barədə məlumat verilib
# 26 oktyabr 2022 17:03 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov "Futbolun İnkişaf Fondu"nun İcraçı direktoru Tural Piriyev və "Kəpəz" PFK-nın İdarə Heyətinin sədri İlqar Nadiri ilə görüşüb.

İH-dən APA-ya verilən məlumata görə, görüşdə millət vəkili Müşfiq Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov iştirak ediblər.

Tural Piriyev "Kəpəz" PFK-ya dəstək məqsədi ilə yaradılan "kapaz100k" layihəsi ilə bağlı ətraflı məlumat verib və bildirib ki, layihənin geniş təbliğatının təşkilində Gəncə Şəhər İcra Hakimiyyətinin də dəstəyinə ehtiyac var. Tural Piriyev həmçinin fond tərəfindən Gəncə şəhəri üzrə görülmüş işlər və gələcək planlardan bəhs edib.

Niyazi Bayramov layihə ilə yaxından tanış olub, verilən təklifləri müsbət dəyərləndirib və müəyyən dəstək göstəriləcəyini qeyd edib.

İlqar Nadiri öz növbəsində "Kəpəz"in "Neftçi"yə qarşı ev oyununun Gəncə şəhər stadionunda keçirilməsində göstərdiyi dəstəyə görə Niyazi Bayramova təşəkkür edib, klubun hazırkı fəaliyyəti barədə məlumat verib və şəhər rəhbərini "Kəpəz"in növbəti ev oyununa dəvət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR