Növbəti köç karvanı Xocalı rayonunun Təzəbinə kəndinə çatıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, kəndə köçürülən sakinlərə evlərin açarları təqdim olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, bu mərhələdə kəndə 28 ailə olmaqla 123 nəfər köçürülüb.
Sakinlərə bərpa edilən fərdi yaşayış evlərinin açarları təqdim edilib. Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, sakinləri doğma yurda qayıdış münasibətilə təbrik edib və onların burda rahat yaşamaları üçün bütün zəruri sosial infrastrukturun yenidən qurulduğunu, kommunal xidmətlərin tam təmin olunduğunu deyib.
Qeyd edilib ki, bundan əvvəlki mərhələlərdə Təzəbinə kəndinə 56 ailə köçürülüb. Beləliklə, bugünkü köç də daxil olmaqla kənddə ümumilikdə 84 ailə məskunlaşıb.
***
13.18
Növbəti köç karvanı Xocalı rayonunun Təzəbinə kəndinə çatıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bu gün Xocalı rayonunun Təzəbinə kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Təzəbinə kəndinə 27 ailə - 117 nəfər köçürülüb.