Bank Of Baku

Oktyabrın müavinət, təqaüd, ünvanlı yardımları ödənilib

Oktyabrın müavinət, təqaüd, ünvanlı yardımları ödənilib
# 26 oktyabr 2022 16:41 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün ödənilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Bundan əvvəl, oktyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, oktyabrın 14-də isə ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.

Beləliklə, bütün sosial təminat növləri üzrə oktyabr ayının ödənişləri bu gün yekunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR