Bank Of Baku

Ombudsman haqqında Konstitusiya Qanununa dəyişikliklərin olunması üçün proses başlanıb

Ombudsman haqqında Konstitusiya Qanununa dəyişikliklərin olunması üçün proses başlanıb
# 19 oktyabr 2022 12:45 (UTC +04:00)

""Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa dəyişikliklərin olunması üçün proses başlanıb”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O bildirib ki, vaxt keçdikcə zamanın tələbləri də dəyişir və bu gün "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununda dəyişikliklər edilməsinin zərurəti olduqca böyükdür.

“Konstitusiya Qanunu 20 il bundan öncə qəbul edilib. Ona görə hesab edirəm ki, hazırda müəyyən dəyişikliklərin qəbul edilməsi üçün zaman yetişib. Biz həm öz tərəfimizdən olan təklifləri, həm də beynəlxalq qurumların bizə tövsiyə etdikləri bir sıra dəyişiklikləri hökumət nümayəndələri ilə müzakirə etdik. Ombudsman təsisatı haqqında Konstitusiya Qanununa dəyişikliklərin olunması üçün proses başlanıb. Artıq qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib” - deyə Səbinə Əliyeva əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR