Ötən il 27 növ sosial ödənişlərin məbləği artırılıb

Ötən il 27 növ sosial ödənişlərin məbləği artırılıb
# 23 may 2024 11:02 (UTC +04:00)

2023-cü ildə yanvar ayının 1-dən 27 növ sosial ödənişlərin məbləği artırılıb.

APA xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda öz əksini tapıb.

Belə ki, yaşa görə müavinət 22 faiz artırılaraq 180,0 manatdan 220,0 manata, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə müavinət 23 faiz artırılaraq 220,0 manatdan 270,0 manata, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə müavinət 22 faiz artırılaraq, 180,0 manatdan 220,0 manata, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə müavinət 25 faiz artırılaraq, 120,0 manatdan 150,0 manata çatdırılıb.

Ailə başçısını itirməyə görə müavinət 20 faiz artırılaraq 100,0 manatdan 120,0 manata, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət 43 faiz artırılaraq, 70,0 manatdan 100,0 manata, uşağın anadan olmasına görə müavinət 67 faiz artırılaraq, 300,0 manatdan 500,0 manata, dəfn üçün müavinət 43 faiz artırılaraq, 350,0 manatdan 500,0 manata, beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 50 faiz artılaraq, 70,0 manatdan 105,0 manata çatdırılıb.

Həmçinin radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərə müalicə üçün müavinət 27 faiz artırılmaqla 237,0 manatdan 300,0 manata, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinət 15 faiz artırılmaqla 1200,0 manatdan 1380,0 manata çatdırılıb.

Pensiyaçı fəlsəfə doktorlarına (25 il pedaqoji stajı olan və işləməyən) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 50 faiz artırılaraq 200,0 manatdan 300,0 manata, pensiyaçı elmlər doktorlarına (25 il pedaqoji stajı olan və işləməyənlər) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 67 faiz artırılmaqla 300,0 manatdan 500,0 manata, “Əməkdar” fəxri adına görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 25 faiz artırılmaqla 120,0 manatdan 150, manata, “Xalq” fəxri adına görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü məbləği 11 faiz artırılmaqla180,0 manatdan 200,0 manata çatdırılıb.

Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü məbləği 20 faiz artırılmaqla 500,0 manatdan 600,0 manata, 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü məbləği 20 faiz artırılmaqla 500,0 manatdan 600,0 manata, 1941-1945-ci il Böyük Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü məbləği 10 faiz artırılmaqla 300,0 manatdan 330,0 manata, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 20 faiz artırılmaqla 500,0 manatdan 600,0 manata çatdırılıb.

Həmçinin 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlililiyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 25 faiz artırılmaqla 400,0 manatdan 500,0 manata, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 14 faiz artırılmaqla 350,0 manatdan 400,0 manata, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 10 faiz artırılmaqla 300,0 manatdan 330,0 manata çatdırılıb.

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 3 faiz artırılmaqla 1450,0 manatdan 1500,0 manata, əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 25 faiz artırılmaqla 80,0 manatdan 100,0 manata, ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 54 faiz artırılmaqla 130,0 manatdan 200,0 manata, orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 43 faiz artırılmaqla 210 manatdan 300 manata çatdırılıb.

Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin hesablanması üçün müəyyən edilən məbləğin həcmi (minimum əməkhaqqına uyğun) artırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR