Bank Of Baku

Ötən il buraxılış imtahanlarından 0 bal alan şagirdlərin sayı açıqlanıb - CƏDVƏL

Ötən il buraxılış imtahanlarından 0 bal alan şagirdlərin sayı açıqlanıb - CƏDVƏL
# 10 iyun 2022 13:29 (UTC +04:00)

2020/2021-ci tədris ili üzrə IX və XI sinif şagirdlərinin buraxılış imtahanlarındakı nəticələri açıqlanıb.

APA xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında qeyd edilib.

Bildirilib ki, həmin tədris ilində IX siniflərdən 1484, riyaziyyat fənni üzrə 1793, xarici dildən isə 1775 şagirdin imtahan balı 0 olub. Bundan əlavə, 5862 şagird tədris ilindən, 7436 şagird riyaziyyat, 12585 şagird isə xarici dil fənnindən 1-10 bal toplayıb.

2020/2021-ci tədris ili üzrə XI sinif şagirdlərinin buraxılış imtahanlarındakı nəticələrinə gəldikdə isə, 408 nəfərin tədris dili, 2018 nəfərin riyaziyyat, 655 nəfərin xarici dil fənni üzrə balı 0 olub. Bundan əlavə, 3137 şagirdin tədris dili, riyaziyyat üzrə 21741, xarici dil fənni üzrə isə 5266 şagirdin balı 1-10 olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR