Bank Of Baku

Ötən il İraq və Suriyadan gətirilən 63 nəfər reabilitasiyaya cəlb olunub

Ötən il İraq və Suriyadan gətirilən 63 nəfər reabilitasiyaya cəlb olunub
# 25 yanvar 2024 11:15 (UTC +04:00)

İraq Respublikasından və Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiya olunan vətəndaşlarımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də lazımi sosial dəstək tədbirləri ilə əhatə olunurlar. Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin repatriasiya olunmuş şəxslərlə apardığı sosial iş çərçivəsində 493 nəfərə xidmət göstərilib.

APA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. O bildirib ki, onlardan 442-si uşaq, 50-si qadın, 1- kişidir:

“2023-cü ildə ümumilikdə 63 nəfər vətəndaşımız repatriasiya olunub. Həmin şəxslər Agentlik tərəfindən reinteqrasiya və sosial reabilitasiya tədbirlərinə cəlb olunub. Ümumilikdə digər qurumlarla əməkdaşlıq çərçivəsində bu kateqoriyadan şəxslərin yaşadığı ailələrlə iş aparılıb. Bu səfərlər zamanı ailələrin sosial problemləri və digər zəruri ehtiyacları öyrənilərək qeydiyyata alınıb və müvafiq dəstək göstərilməsi üçün tədbirlər görülüb. Hazırda da bu şəxslərin və onların ailə üzvlərinin zəruri sosial xidmətlərlə təmin edilməsi üçün tədbirlər davam etdirilir".

Agentlik sədri, həmçinin vurğulayıb ki, hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən 3 660 şəxsə evdə sosial-məişət xidməti göstərilir. Sosial layihələr çərçivəsində 2023-cü il ərzində 21 şəhər və rayonda yaradılan günərzi qayğı mərkəzlərində 630 nəfər uşağa sosial xidmət göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR