2021-ci ildə tələbələr sırasına bərpa olunanların sayı açıqlanıb.
APA xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında qeyd edilib. Bildirilib ki, ötən il dövlət sifarişi əsasında təhsildən ödənişli əsaslarla təhsilə keçməklə tələbələr sırasına bərpaların sayı 261 olub. Onlardan 244-ü bakalavr, 17-i magistratura səviyyəsi üzrə olub.
Dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçməklə tələbələr sırasına bərpaların sayı 176 olub. Onlardan 28-i bakalavriat, 1-i magistratura, 64-ü tam orta, 83-ü ümumi orta ixtisas bazası üzrə olub.