Bank Of Baku

PA əməkdaşı: Əminik ki, Azərbaycan-BMT tərəfdaşlığı üzrə strateji məsləhətləşmələr davamlı olacaq

PA əməkdaşı: Əminik ki, Azərbaycan-BMT tərəfdaşlığı üzrə strateji məsləhətləşmələr davamlı olacaq
# 16 mart 2023 15:23 (UTC +04:00)

Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında Azərbaycanın ilkin mərhələdə əldə etdiyi irəliləyiş yüksək qiymətləndirilir.

APA xəbər verir ki, bunu bu gün BMT ilə Azərbaycan Respublikasının əməkdaşlığında vacib olan proses və təşəbbüslərin, qabaqcıl yanaşmaların müzakirəsi məqsədilə Ağdam şəhərində strateji məsləhətləşmələrə həsr olunmuş dəyirmi masa barədə danışan Prezident Administrasiyasının əməkdaşı Sultan Hacıyev deyib.

O bildirib ki, Azərbaycan Respublikasının azad edilmiş ərazilərinin bərpa və yenidən qurulması proseslərində ilkin mərhələdə əldə etdiyi nəticələri yüksək qiymətləndirir: “Azərbaycan bu işlərdə əsasən daxili imkanlarını istifadə etməkdədir, lakin eyni zamanda beynəlxalq əməkdaşlığa da açıqdır. Respublikası hökuməti və ölkədə fəaliyyət göstərən BMT sistemi arasında keçirilən illik yüksək səviyyəli strateji məsləhətləşmələrdə minatəmizləmə işləri də müzakirə edilib. Bu gün Ağdamda faicə baş verib, 2 vətəndaşımız minaya düşərək həlak olub. Bu faciəvi hadisə Azərbaycanın necə ölümcül problemlə üzləşdiyini bir daha tədbir iştirakçılarına xatırlatdı. Bu tədbir keçən il Şuşada, bu il isə Ağdamda təşkil olunub. Əminik ki, bu proses davamlı xarakter daşıyacaq və ikitərəfli əməkdaşlığımızın daha da səmərəli olmasına şərait yaradacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR