Parklanma zamanı digər avtomobillərin hərəkətinə maneə yaradanlar cərimələnəcək

Parklanma zamanı digər avtomobillərin hərəkətinə maneə yaradanlar cərimələnəcək
# 21 iyun 2024 13:14 (UTC +04:00)

Parklanma zamanı digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradanlar cərimələnəcək.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, parklanma yerində müvafiq yol nişanları və nişanlama xətləri ilə müəyyən edilmiş parklanma üsulunun sürücü tərəfindən pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində qanuna uyğun parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdıqda iyirmi manat məbləğində cərimə ediləcək.

Qüvvədə olan Məcəlləyə əsasən, nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə on manat məbləğində cərimə edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR