Bank Of Baku

Partiya lideri: Fransız Polineziyasının tam suverenliyi ilə bağlı bəyanat BMT-də təqdim olunacaq

Partiya lideri: Fransız Polineziyasının tam suverenliyi ilə bağlı bəyanat BMT-də təqdim olunacaq
# 02 sentyabr 2026 13:12 (UTC +04:00)

Maohi Nuinin (Fransız Polineziyası) müstəqilliyi uğrunda mübarizə aparan “Tavini Huiraatira” partiyasının lideri Oskar Temaru ölkəsinin tam suverenliyi ilə bağlı bəyanat hazırlayıb.

APA xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, bəyanat oktyabr ayında Nyu-Yorkda BMT Baş Assambleyasının Siyasi məsələlər və dekolonizasiya üzrə Dördüncü Komitəsinin iclasları çərçivəsində təqdim ediləcək.

Oskar Temaru bildirib ki, Maohi Nuinin Fransa ilə mövcud siyasi və institusional asılılığına son qoyulması, xalqın öz gələcəyini sərbəst müəyyənləşdirməsi və suveren dövlət quruculuğu prosesinə başlaması əsas məqsədlərdən biridir.

Onun fikrincə, ərazinin dekolonizasiyası məsələsi beynəlxalq gündəliyin tərkib hissəsinə çevrilib və bu istiqamətdə fəaliyyət BMT çərçivəsində davam etdirilməlidir.

Məlumatda xatırladılıb ki, Fransız Polineziyası 2013-cü ildə BMT Baş Assambleyasının qərarı ilə yenidən özünü idarə etməyən ərazilər siyahısına daxil edilib.

Oskar Temaru həmçinin Maohi Nuinin müstəqilliyinə ictimai dəstəyin nümayiş etdirilməsi məqsədilə petisiyaya başlamağı planlaşdırır. Petisiyanın əhalinin siyasi iradəsini beynəlxalq ictimaiyyətə nümayiş etdirmək məqsədi daşıdığı bildirilir.

Təşkilat Maohi Nui xalqının öz müqəddəratını təyinetmə hüququnu və dekolonizasiya prosesini beynəlxalq platformalarda dəstəkləyir.

Bildirilib ki, Bakı Təşəbbüs Qrupu ilə “Tavini Huiraatira” Partiyası arasında əməkdaşlığa dair sənəd 26 aprel 2024-cü ildə BMT-nin Vyanadakı ofisində imzalanıb.

BTQ-nin məlumatında Fransanın ötən illərdə Fransız Polineziyasında həyata keçirdiyi nüvə sınaqlarının yerli əhali və ətraf mühit üçün ağır nəticələrə səbəb olduğu da vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR