Bank Of Baku

Peruda küçələrdə Zəfər Günü ilə bağlı bilbordlar yerləşdirilib - FOTO

Peruda küçələrdə Zəfər Günü ilə bağlı bilbordlar yerləşdirilib - FOTO
# 09 noyabr 2022 10:33 (UTC +04:00)

Azərbaycanın Zəfər Günü ilə əlaqədar Lima şəhərinin mərkəzi küçələrində bilbordlar yerləşdirilib.

Bu barədə APA-ya Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Məlumata görə, 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Perunun paytaxtı Lima şəhərinin mərkəzi küçələrində böyük ölçülü lövhələrdə Şuşa qalası fonunda Azərbaycan bayrağı, xalqımızın birlik rəmzi olan Dəmir yumruq, İkinci Qarabağ müharibəsi Şəhidlərinin xətirə rəmzi olan Xarıbülbülün əks olunduğu və üzərində “8 Noyabr - Azərbaycanın Zəfər Günü” sözlərinin yazıldığı bilbordlar yerləşdirilib.

Zəfər Gününə həsr olunmuş təsvir bir neçə gün ərzində nümayiş olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR