Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əməkdaşları Ağstafa rayonunda IX-XI sinif şagirdləri ilə görüş keçiriblər.
APA xəbər verir ki, görüşdə məktəblilər və onların valideynləri, pedaqoqlar və ictimaiyyət nümayəndələri ilə müzakirələr aparılıb. Tədbirdə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüqar Xəlilov da iştirak ediblər. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət himninin səslənməsi ilə başlayıb.
Daha sonra DİN-in Polis Akademiyasının nümayəndəsi, polis polkovnik-leytenantı Eldəniz Kazımov çıxış edərək bildirib ki, bu tədbirlərin keçirilməsi yeniyetmə və gənclərin təhsilə həvəsləndirilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi məqsədi daşıyır.