Polşa sərhədlərin qorunmasında Finlandiyaya kömək edəcək

Polşa sərhədlərin qorunmasında Finlandiyaya kömək edəcək
# 29 noyabr 2023 04:28 (UTC +04:00)

Polşa sərhədi qorumaq üçün Finlandiyaya bir qrup hərbi məsləhətçi göndərəcək.

APA-nın məlumatına görə, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yaçek Sivera sosial şəbəkədə yazıb.

"Finlandiya Prezidenti Sauli Niinistonun Polşa Prezidenti Anjey Dudanın dəvəti ilə səfərinin nəticələrindən biri Finlandiya sərhəddində hibrid hücum qarşısında müttəfiqlərin rəsmi dəstək istəyidir"- Sivera bildirib.

Siveranın sözlərinə görə, bir qrup hərbi məsləhətçi sərhəd təhlükəsizliyinin təmin edilməsi üzrə bilikləri yerində təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR