Bank Of Baku

Prezident təqaüdünə layiq görülən tələbələrin sayı açıqlanıb

Prezident təqaüdünə layiq görülən tələbələrin sayı açıqlanıb
# 17 iyun 2022 12:26 (UTC +04:00)

Tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və yerli ali təhsil müəssisələrinə daxil olmuş 102 tələbə Prezident təqaüdünə layiq görülüb.

Bu barədə APA-ya Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, ali təhsil müəssisələrində 47 580 abituriyent tələbə statusunu qazanıb. Dövlət sifarişi üzrə mülki ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə faktiki qəbul 23500 (99,85%) yer olub. Ötən tədris ilində bu göstərici 95 faiz təşkil edib. Magistratura səviyyəsində dövlət sifarişi üzrə faktiki qəbul 3899 (98,5%) yer olub. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə 46735 (92,1%) abituriyent (subbakalavr) tələbə statusu adını qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR