Qanunvericiliyə ”elektron xidmət” anlayışı daxil edilir

Qanunvericiliyə ”elektron xidmət” anlayışı daxil edilir
# 12 iyun 2024 11:01 (UTC +04:00)

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna

ilk dəfə olaraq ”elektron xidmət” anlayışı daxil edilir.

APA xəbər verir ki, layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, elektron xidmət anlayışı dövlət orqanları (qurumları) tərəfindən səlahiyyətlərinin icrası zamanı digər dövlət orqanlarına (qurumlarına), bələdiyyələrə, fiziki və hüquqi şəxslərə göstərilən və müvafiq hüquqi nəticənin yaranması, yaxud xidmət istifadəçisinə zəruri informasiyanın verilməsi ilə tamamlanan dövlət xidmətlərinin informasiya texnologiyalarından istifadə edilməklə tərəflər arasında bilavasitə təmas olmadan (xidmətin məqsədləri üçün belə təmasın tələb edildiyi hallar istisna olmaqla) elektron qaydada həyata keçirilməsi formasını bildirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR