Bank Of Baku

Qarabağ və Şərqi Zəngəzurda iridırnaqlı heyvanların reintroduksiyası nəzərdə tutulur

Qarabağ və Şərqi Zəngəzurda iridırnaqlı heyvanların reintroduksiyası nəzərdə tutulur
# 26 oktyabr 2022 16:13 (UTC +04:00)

“2010-cu ildən reintroduksiya layihələrinə başlanılıb”.

APA xəbər verir ki, Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov "Ekspert saatı"nda qonaq olarkən deyib.

O bildirib ki, ilk olaraq ceyranların reintroduksiyasından başlanılıb:

"1960-cı illərdə Azərbaycanda 60-70 ceyran qalmışdı. Lakin sonradan artım olub və ötən il Şirvan Milli Parkında aparılan araşdırmalar nəticəsində 6500 ceyran olduğu müəyyənləşdirilib. Növbəti dövrlərdə maralların, dağ keçilərinin, hətta muffonun tarixi arealının bərpası planlaşdırılır.

Həmçinin Qarabağ və Şərqi Zəngəzurda növbəti dövrlərdə iridırnaqlı heyvanların reintroduksiyası nəzərdə tutulur. Orada marallar, bezuar keçirləri, köpgərlər olub. Onların tarixi arealı bərpa olunacaq".

E. Əsgərov qeyd edib ki, reintroduksiya layihələri çərçivəsində hələ ki, heyvanların köçürülməsi nəzərdə tutulur:

“Bitkilərin köçürülməsi üçün isə ciddi araşdırmalar aparılmalıdır. İşğaldan azad edilmiş ərazilərdə hansı bitki növlərinin kəsildiyi müəyyənləşdirilməlidir. Bu istiqamətdə Botanika İnstitutundan bizə təkliflər olmalıdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR