Bank Of Baku

Qoruğun direktoru: "Qayaüstü təsvirlərin bərpası, demək olar ki, mümkün deyil"

Qoruğun direktoru: "Qayaüstü təsvirlərin bərpası, demək olar ki, mümkün deyil"
# 24 avqust 2022 12:11 (UTC +04:00)

"Qayaüstü təsvirlərin bərpası, demək olar ki, mümkün deyil".

APA xəbər verir ki, bu sözləri Milli Qobustan Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev deyib.

Onun sözlərinə görə, yazıların qorunması üçün edilən təkliflərin sonrakı aqibəti də naməlumdur:

"Qayaüstü təsvirlər daha çox qayanın aşınması, müəyyən bakteriyaların həmin qayaları məhv eləməsi zamanı sıradan çıxır. Məsələn, bizdə üzərinə "Roma" yazılan qaya parçası var. Bu yazı artıq məhv olmaq üzrədir. Onun qarşısını almaq üçün bir neçə versiya düşünürük, amma o versiyaların da sonrakı nəticəsi naməlumdur".

Qoruq direktoru sözügedən problemin dünyada da olduğuna toxunub:

"Bu yaxınlarda Qazaxıstanda sırf bu mövzuda müzakirələr oldu. Orada belə bir bərpa təklifi irəli sürüldü ki, həmin təsvirlərin üzərindən bir daha gedilsin. Biz dərhal etiraz etdik. Çünki qayaüstü təsvirlərə qətiyyən toxunmaq olmaz. Amma maraqlıdır ki, onlar özləri bu üsuldan istifadə edir", - direktor qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR