Qubanın ucqar dağ kəndlərinə güclü yağışdan sonra sel gəlib.
APA-nın Şimal bürosu xəbər verir ki, sel nəticəsində Qarxun, Dərk, Xaltan kəndlərinim daxili yolları və kəndləri birləşdirən 1 körpüyə ziyan dəyib.
Selin fəsadlarının aradan qaldırılması istiqamətində işlərə başlanılıb.