"Vulkanik yerlərdə yaşayış evləri, ictimai-iaşə obyektləri tikiblər. Bu, yolverilməzdir".
APA xəbər verir ki, bunu Bakı Dövlət Universitetində "Azərbaycanın müasir seysmogeodinamik vəziyyəti" mövzusunda keçirilən görüş zamanı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, həmin ərazilərdə vulkan püskürməsi olarsa, ciddi tələfat baş verə bilər.