Bank Of Baku

​​​​​​​Qusarda leysan yol-körpü infrastrukturuna ziyan vurub - FOTO

​​​​​​​Qusarda leysan yol-körpü infrastrukturuna ziyan vurub - FOTO
# 06 aprel 2026 11:37 (UTC +04:00)

Qusar rayonunda yağan güclü yağışlar nəticəsində yol-körpü infrastrukturuna ziyan dəyib.
APA-nın şimal müxbirinin məlumatına görə, sel suları nəticəsində bəzi çaylar məcrasından çıxaraq ətraf ərazilərdə fəsadlar törədib. Hil çayı ətrafında yaranan vəziyyətlə bağlı əraziyə texnikalar cəlb olunub.
Qusar-Həzrə yolunun Yasab kəndindən keçən hissəsinə də sel nəticəsində ziyan dəyib, ərazidə bərpa işləri aparılır.
Rayonun Gündüzqala kəndində inşa edilmiş körpü dağılıb.
Hazırda selin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir, dəyən ziyanın miqyası dəqiqləşdirilir.

Xanım Məmmədova

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR