Rəşad Mahmudov qohum evliliklərinin qanunla qadağan olunmasına qarşıdır

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov

© APA | Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov

# 11 iyun 2024 14:36 (UTC +04:00)

"Əmi, bibi uşaqlarının evlənməsinin qadağan edilməsində dini məsələlər, milli dəyərlərimiz və insanların hüquq və azadlıqları iki qütbə ayrılır".

APA xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, yaxın qohum evliliklərini qadağan etmək bəlkə də beynəlxalq hüquq səviyyəsində suallar, problemlər yarada bilər.

“Düşünürəm ki, bu məsələdə insanları maarifləndirərək, bilgi verərək mane ola bilərik. Fikrimcə, buna əngəl olmaqla, qadağa qoymaqla əksinə ona qarşı çıxanların, alternativ yollar axtaranların sayı artacaq”, - deyə o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR