Rusiyanın Aya planlaşdırılan missiyası təxirə salınıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu “Roskosmos”un baş direktoru Yuri Borisov Şərq İqtisadi Forumu çərçivəsində bildirib.
O, “Luna 25” kosmik aparatının buraxılışının 2023-cü ilə təxirə salındığını söyləyib.
Qeyd edək ki, “Luna 25” müasir Rusiya tarixində Aya planlaşdırılan ilk missiyadır.