Bank Of Baku

Rusiyanın bəzi bölgələrindən quş əti gətirilməsi ilə bağlı məhdudiyyət aradan qaldırılıb

Rusiyanın bəzi bölgələrindən quş əti gətirilməsi ilə bağlı məhdudiyyət aradan qaldırılıb
# 13 iyun 2022 11:36 (UTC +04:00)

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında, Həştərxan vilayətində və Krasnodar diyarında qeydə alınmış yüksək patogen quş qripi (YPQQ) xəstəliyi aradan qaldırılıb

Qida Təhlükəsizliyi Agentliyindən APA-ya verilən xəbərə görə, WOAH-nun “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, YPQQ xəstəliyi üzrə xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və qeyd olunan inzibati ərazi vahidlərinin həmin xəstəlikdən epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, WOAH-nun “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunan inzibati ərazi vahidlərinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR