Bank Of Baku

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
# 21 avqust 2022 11:55 (UTC +04:00)

Avqustun 22-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yağmursuz hava hökm sürəcək. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-38° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR