Bank Of Baku

Şabranda Türkiyə vətəndaşının idarə etdiyi "TIR" yanıb

Şabranda Türkiyə vətəndaşının idarə etdiyi "TIR" yanıb
# 30 dekabr 2024 11:22 (UTC +04:00)

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödəniş magistral yolun Şabran rayonu ərazisindən keçən hissəsində yük avtomobili yanıb.

APA-nın Şimal bürosu xəbər verir ki, 37 yaşlı Türkiyə vətəndaşı Faruk Dinçin idarə etdiyi "Volvo" markalı yük avtomobili qəfil alışıb. Alov qısa zamanda nəqliyyat vasitəsinin qoşqusunu da əhatə edib. Əraziyə FHN-nin əməkdaşları cəlb olunub, yanğın məhdudlaşdırılıb.

Hadisə zamanı nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR