Bank Of Baku

Səfirliklərdə milli mətbəximizdən ibarət guşələr açılacaq

Səfirliklərdə milli mətbəximizdən ibarət guşələr açılacaq
# 24 oktyabr 2022 10:56 (UTC +04:00)

“Agentliyin və mərkəzimizin təşəbbüsü ilə Azərbaycanın bütün səfirliklərində milli mətbəximizdən ibarət guşə açılacaq”.

APA xəbər verir ki, bunu Milli Kulinariya Konqresində Milli Kulinariya Mərkəzinin direktoru Orxan Sadıqov deyib.

O, özünü sınamaq istəyənləri mərkəzə dəvət edib: "Biz Milli Kulinariya Mərkəzi olaraq qapımızı hamı üçün açıq qoymuşuq. Özünü bu sahədə sınamaq istəyən hər bir kəs istənilən zaman gələ bilər və onlara dövlət qayğı göstərəcək. Amma nəzərə almaq lazımdır ki, milli mətbəximiz bizim milli irsimiz".

Direktor vurğulayıb ki, aidiyyəti qurumlar müştərək formada kulinariya sahəsində işlər aparılmalıdır: “Hesab edirəm ki, belə olan halda, bu sahədə nəzərə çarpacaq dərəcədə uğurlar əldə edilə bilər. Ən əsası isə, cəmiyyətin bu sahəyə baxış bucağı dəyişər”.

Orxan Sadıqovun sözlərinə görə, Milli Kulinariya Mərkəzinin funksiyası elmi-metodoloji bazanın təkmilləşdirilməsi, 30 ildən sonra Azərbaycanda tədris ediləcək ədəbiyyatı formalaşdırmaq və sifarişini vermək, kulinariyanı elm olaraq təsdiq etmək və onun qeyd olunma gününü müəyyənləşdirməkdir: "Eyni zamanda bununla bağlı qanunvericilikdə dəyişiklik edilməsi üçün Dövlət Turizm Agentliyi vasitəsilə Nazirlər Kabinetinə də müraciət etmək və cəmiyyəti buna baxış bucağını dəyişib, bu yönə yönəltmək, Azərbaycan Milli Kulinariya Mərkəzini yeniliklərin reyestri elmi mərkəzinə, bazaya çevrilməsi əsas prioritetdir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR