Bank Of Baku

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb
# 29 avqust 2026 09:46 (UTC +04:00)

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sərxan kəndində qeydə alınıb.

Belə ki, 2015-ci il təvəllüdlü kənd sakini boğazında olan artıq ət səbəbilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub. Əməliyyatdan sonra evə buraxılan azyaşlı evdə vəfat edib.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 1 nəfər azyaşlı (qadın cinsli) otorinolarinqoloji əməliyyat edilməsi səbəbilə 26.08.2026-cı il tarixində saat 10:00 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.

2015-ci il təvəllüdlü pasiyentə adenoidlərin hipertrofiyası, xroniki tonzilit diaqnozları təyin olunub və cərrahi əməliyyat icra edilib.

Pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.

27.08.2026-cı il tarixində saat 08:30 və 12:10 radələrində pasiyentdə qanaxma müşahidə olunub.

Pasiyent göstərilən reanimasiya tədbirlərinə cavab verməyib və 27.08.2026-cı il tarixində saat 13:40 radələrində onun bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə təhvil verilib.

Hadisə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR