“Müəllim sertifikasiyanın müsahibə mərhələsinə öncədən elan edilən 5 mövzudan istədiyi birini hazırlayıb gəlməlidir”.
Bunu APA-ya açıqlamasında Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, komissiya ondan hansı mövzu üzrə hazırlaşıbsa, o barədə soruşacaq. Digər 4 mövzu barədə suallar verilməyəcək:
“Məlumat verirəm ki, müəllim mövzuların hamısına yox, beş mövzudan istənilən birinə hazırlıqlı gəlməlidir. Seçim müstəqildir. Sertifikasiyanın müsahibə mərhələsində MİQ-də olduğu kimi müəllimin dünyagörüşünün və psixoloji vəziyyətinin qiymətləndirilməsi üçün hansısa suallar olmayacaq. Namizədin özünü təqdimetmə və ünsiyyət bacarığı əsasında qiymətlər veriləcək. Ehtimal var ki, psixoloji hazırlıq səviyyəsi üzrə də bir-iki sual verilə bilər. Burada əsas məsələ müəllimlərin metodiki biliklərini yox, metodiki bacarıqlarını ortaya çıxarmaqdır”.