Bank Of Baku

Səyyar ASAN ilk dəfə Türkiyədə Azərbaycan vətəndaşlarına xidmət göstərəcək

Səyyar ASAN ilk dəfə Türkiyədə Azərbaycan vətəndaşlarına xidmət göstərəcək
# 25 avqust 2022 17:35 (UTC +04:00)

30 avqust – 4 sentyabr tarixlərində Türkiyənin Samsun şəhərində Aerokosmik və texnologiya festivalı (TEKNOFEST) günləri çərçivəsində Türkiyədə yaşayan Azərbaycanlılara dövlət xidmətlərinin çatdırılması məqsədilə Səyyar ASAN xidmət avtobusu vasitəsilə xidmət göstəriləcək.

"ASAN xidmət"dən APA-ya verilən xəbərə görə, xüsusi avadanlıqlarla təchiz olunmuş səyyar avtobus vasitəsi ilə vətəndaşlara göstəriləcək xidmətlərə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi; ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi; sürücülük vəsiqələrinin dəyişdirilməsi; məhkumluq barədə arayışların verilməsi; vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı xidməti; tərcümə xidmətləri - yazılı tərcümə; onlayn tərcümə; apostil sənədlərinin qəbulu; tərcümənin daxili möhürlə təsdiqi; eyniləşdirmə; redaktə; riraytinq; kopiraytinq daxildir.

30 avqust – 4 sentyabr tarixlərində saat 10:00 - 18:00 aralığında təşkil ediləcək xidmətdən yararlanmaq üçün vətəndaşlarımız mütləq “Teknofest” ərazisinə daxil olmaq hüququ verən qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat üçün link: https://www.t3kys.com/tr/teknofest/visitor/apply/

Eyni zamanda Türkiyədə yaşayan Azərbaycan vətəndaşları https://seyyarasan.e-gov.az/ linkinə daxil olaraq özünə aid məlumatları (şəxsiyyət vəsiqəsi məlumatları, mobil nömrə və elektron poçt ünvanı) və almaq istədikləri xidməti qeyd edərək müraciətlərini öncədən gerçəkləşdirə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR