Bank Of Baku

Şimali Kiprin Ombudsmanı: Azərbaycanın sevincini də, kədərini də bölüşürük

İlkan Varol

© APA | İlkan Varol

# 21 oktyabr 2022 15:13 (UTC +04:00)

“Keçmişdə bənzər ağrıları yaşayan biri kimi, Azərbaycan xalqının hisslərini səmimi qəlbdən bölüşürəm”.

APA xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Ombudsmanı İlkan Varol Ağdamda jurnalistlərə açıqlamasında deyib.

O, eyni zamanda, 44 günlük müharibədən sonra əldə edilən uğur münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Sevincinizi də, kədərinizi də bölüşürük. Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə ilk dəfədir səyahət edirəm. Burada aparılan layihələrlə tanış olduq. İnşallah, növbəti səfərimizdə inşa edilən binaları, aparılan yenidənqurma işlərinin nəticələrini daha aydın görəcəyik" - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR