Bank Of Baku

Şirkətin ağacları kəsməsi ilə bağlı sənədlər Baş Prokurorluğa göndərilib

Şirkətin ağacları kəsməsi ilə bağlı sənədlər Baş Prokurorluğa göndərilib
# 27 oktyabr 2022 10:38 (UTC +04:00)

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 104 ünvanında ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

APA xəbər verir ki, Xidmət rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı ağacların ərazidə tikinti işləri aparan “Azərstone” MMC tərəfindən kəsildiyi və təbiətə 26100 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR