Bank Of Baku

Siyavuş Novruzov: "Türk dövlətləri Qurban və Ramazan bayramlarını eyni gündə keçirsin" - VİDEO

Siyavuş Novruzov, Milli Məclisin Regional məsələlər komitəsinin sədri

© APA | Siyavuş Novruzov, Milli Məclisin Regional məsələlər komitəsinin sədri

# 21 oktyabr 2022 12:40 (UTC +04:00)

“Azərbaycan tolerant ölkədir. Qeydiyyatdan keçən bütün dinlərin qurumları azad şəkildə fəaliyyət göstərə bilir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, Azərbaycanda dinlərarası, mədəniyyətlərarası çoxlu sayda konfranslar keçirilir: “Həmçinin Azərbaycandan kənarda da Heydər Əliyev Fondu tərəfindən bu konfranslar keçirilir. Bir neçə gündür Azərbaycan Türk ölkələrinin din xadimlərinin konfransı keçirilir. Özbəkistan din xadimi tərəfindən verilən təklif çox mütərəqqidir. Xüsusi dini günlərin Türk ölkələrində eyni günə salınması təklifini mən də dəstəkləyirəm. Qurban Bayramı, Ramazan Bayramı və s. kimi xüsusi dini günlər türkdilli ölkələrin hamısında eyni gündə keçirilsə, yaxşı olar. Türk xalqları bütün sahələrdə olduğu kimi dini sahədə də bu addımları həyata keçirilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR