“Valideynlərdən biri albinosdursa, onların övladlarının albinos olması ehtimalı yoxdur“.
APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti dermatoveneroloq Vahid Mahmudov deyib. O bildirib ki, albinizm patalogiyası hamiləlik dövründə müəyyən edilə bilir:
"Bu patologiya dünyada hər 17 min insandan birində görülür. Hər iki valideyn albinosdursa və ya tərəflərdən biri albinos, biri daşıyıcıdırsa, onların övladlarının albinos olmasına 25% ehtimal var. Uşağın albinos olması üçün hər iki tərəfdə bu genin olması lazımdır".