Rusiya müdafiə naziri Sergey Şoyqu Taktiki Raket Silahları Korporasiyası tərəfindən dövlət müdafiə sifarişinin icrasının gedişatını yoxlayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir yüksək dəqiqlikli silahların istehsalının həcmini iki dəfə artırmaq barədə göstəriş verib.
Şoyqu Taktiki Raket Silahları Korporasiyasının lazımi ehtiyatlara malik olduğunu qeyd edib.