Sümük iliyi transplantasiyası xidmətinin qurulmasına 7 milyon manata yaxın vəsait ayrılıb

Sümük iliyi transplantasiyası xidmətinin qurulmasına 7 milyon manata yaxın vəsait ayrılıb
# 23 may 2024 11:03 (UTC +04:00)

2023-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə nəzərdə tutulmuş həcmdə, yəni 267,0 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da 2022-ci illə müqayisədə 123,7 milyon manat və ya 1,9 dəfə çoxdur.

APA xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda öz əksini tapıb.

Bundan başqa, müvafiq tapşırıqların və normativ hüquqi hüquqi aktların icrası məqsədilə dövlət büdcəsinin bir sıra ehtiyatlarında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə əlavə vəsaitlər ayrılıb.

Qeyd edilib ki, "Səhiyyə sahəsi üzrə sosial-iqtisadi və digər tədbirlərin maliyyələşdirilməsi" xərclərindən yüksək səviyyəli sümük iliyi transplantasiyası xidmətinin qurulması və sümük iliyi transplantasiyası əməliyyatının icra edilməsi məqsədilə 6,6 milyon manat, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində İxtisaslaşmış Narkoloji Tibb Müəssisəsinin tikintisinə başlanılması məqsədilə 2,2 milyon manat, "Dərman vasitələrinin təqib və izləmə sistemi"nin formalaşdırılması və aparılması məqsədilə 1,8 milyon manat vəsait ayrılıb.

Həmçinin dövlət büdcəsinin "Səhiyyə sahəsinə aid olan digər tədbirlər" xərclərindən ixtiozlu və bullyoz epidermolizli xəstələrin müalicəsinin maliyyələşdirilməsi üçün Səhiyyə Nazirliyinə 3,1 milyon manat ayrılıb, lakin satınalma baş tutmadığından vəsaitin icrası təmin edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR