“Şuşa İli” ilə bağlı Mədəniyyət Nazirliyinin elan etdiyi heykəltəraşlıq müsabiqəsinin müddəti uzadılıb.
Nazirlikdən APA-ya verilən xəbərə görə, ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmış müsabiqəyə nümunələrin qəbul müddətinin yetərsiz olduğu ilə bağlı heykəltəraşların istəkləri nəzərə alınaraq müsabiqənin vaxtı sentyabrın 1-dək uzadılıb.
Bildirilib ki, layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.
Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra, sentyabrın 15-də Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaq.
Müsabiqəyə təqdim edilən əsərlər Şuşa mövzusunda olmalıdır.
Müsabiqə haqqında buradan ətraflı məlumat almaq mümkündür.