“Hazırda bağçalarda mətkbəqəhazırlıq qrupları bütün uşaqların məktəbəhazırlıq keçməsinə imkan vermir”.
APA xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev bildirib. Onun sözlərinə görə, Təhsil Nazirliyi istəyir ki, 5 yaşı olan bütün uşaqlar məktəbəhazırlıq keçsin:
“Bağçalarda da, məktəblərdə məktəbəhazırlıq qrupları var”.
Şöbə müdiri uşaqların bağça yaşının əvvələ alınması ilə bağlı məsələyə aydınlıq gətirilib.
O qeyd edib ki, Məktəbəqədər təhsil haqqında qanun var:
“Orada qəbul qaydaları Nazirlər Kabineti tərəfindən qəbul olunub, yaş qrupları haqda məlumat var. Qaydalarda həm körpələr evi uşaq bağçasına, həm də uşaq bağçalarına hansı yaşda uşaqların qəbul edildiyi qeyd edilib. Orada bağça yaşının əvvələ alınması ilə bağlı hər hansı məlumat yoxdur”.