Bank Of Baku

Türkiyəli nazir: Dünyada istilik 2 dərəcə yüksəlsə, qida böhranı yaşana bilər

Türkiyəli nazir: Dünyada istilik 2 dərəcə yüksəlsə, qida böhranı yaşana bilər
# 15 noyabr 2023 10:46 (UTC +04:00)

Son illər dünyada iqlim dəyişikliklərinin fəsadını görürük.

APA xəbər verir ki, bu barədə Türkiyənin Ətraf mühit, Şəhərsalma və İqlim Dəyişmələri naziri Mehmet Özhaseki Türk Dünyası II Meteorologiya Forumunda çıxışı zamanı deyib.

“Elmi araşdırmalara görə, dünyada istilik 1,1 dərəcə artıb. Əgər bu 2 dərəcə yüksəlsə, qida böhranı yaşana, 3 dərəcə yüksələrsə, dünya yaşanmaz hala gələr.

İqlim dəyişikliyinin ən böyük səbəbi isə sənayeləşmə, şəhərlərin böyüməsidir. Dünyanı ən çox kirlədən ölkələr sırasında Hindistan, ABŞ kimi ölkələr var”, - nazir əlavə edib.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo isə deyib ki, türk ölkələri arasında iqlim dəyişikliyinə uyğunlaşma və meteoroloji strategiyalar üzrə beynəlxalq əməkdaşlıq və bilik mübadiləsi regionda iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmada mühüm rol oynayır:

“Çox sevindirici və vacibdir ki, türk dövlətləri iqtisadi, mədəni və sosial məsələlərlə yanaşı, ətraf mühitin qorunmasına, iqlim dəyişikliyinə diqqət yetirirlər. Bu, dövlətlərin insanlarının bu gün, sabah və gələcəkdə sahib olacağı həyat keyfiyyəti ilə bağlıdır.”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR