Ukrayna ABŞ və Almaniyanın ona vəd etdiyi iki “Patriot” hava hücumundan müdafiə (HHM) sistemindən birini alıb.
APA xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.
Qeyd olunub ki, həmin sistemin istifadəsinə hələ başlanmayıb.
Həmçinin əlavə olunub ki, Niderlanddan da bir neçə “Patriot” sisteminin Ukraynaya tədarükü gözlənilir.